2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ casus proqramlarından istifadə edənlərə viza verməyəcək

Blinken: “Casus proqramları şəxsi həyat, toplaşmaq və birləşmək azadlığı üçün təhlükədir”

Bayden administrasiyası jurnalistlərin, hüquq müdafiəçilərinin və digər şəxslərin izlənilməsi üçün casus proqramlarından istifadədə iştirak etməkdə şübhəli bilinən əcnəbi vətəndaşlara viza verməkdən imtina edəcəyini açıqlayıb.

Bu barədə “Turan”ın Vaşinqtondakı müxbiri xəbər verib.

Saytların yığılması Saytlarin yigilmasi

“Birləşmiş Ştatlar dünyada repressiyalar, sərbəst informasiya axınının məhdudlaşdırılması və insan hüquqlarının pozulması üçün ticari casus proqramlarından sui-istifadələrin artmasından əvvəlki kimi narahatdır”, – deyə dövlət katibi Entoni Blinken bildirib.

Bildirilir ki, viza məhdudiyyətləri jurnalistlərə, dissidentlərə və ya onların ailə üzvlərinə hücum üçün ticari casus proqramlarından istifadəyə cəlb olunmuş şəxslərə tətbiq olunacaq.

Məhdudiyyətlər ticari casus proqramlarının istifadəsinə şərait yaradan və ya bundan maliyyə mənfəəti əldə edən şəxslərə də şamil olunacaq.

“Casus proqramları şəxsi həyat və fikri ifadə etmək, dinc toplaşmaq və birləşmək azadlığı üçün təhlükə təşkil edir. Bu, özbaşına həbslərə, insan oğurluqlarına və məhkəməsiz cəzalara səbəb olub”, – Blinken belə deyib.

Entoni Blinken. Foto: Al Drago/Pool via AP

Xəbərdə qeyd olunur ki, Dövlət Departamenti casus proqramlarının tədarükündə iştirak və onlardan istifadədən gəlir əldə edilməsi haqqında etibarlı məlumatları dəyərləndirdikdən sonra viza verilməsi haqqında qərar qəbul edəcək.

Casus proqram təminatının ən məşhur nümunəsi İsrailin NSO şirkətinin “Pegasus” proqramıdır.

Ondan Azərbaycan da daxil olmaqla, 50-dən çox ölkədə 1000-dən çox insanın izlənilməsi və onlara qarşı hücum üçün istifadə olunub.

ABŞ artıq 2021-ci ildə NSO-nu zərərli kiberfəaliyyətə görə qara siyahıya daxil edib.

2021-ci il iyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dərc etdiyi araşdırmada bildirilirdi ki, Azərbaycan hökuməti jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən “NSO Group” şirkətinin casus proqramından istifadə edib.

Sızdırılan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanırdı.

Azərbaycanda proqram vasitəsilə izlənilən bir çox jurnalist və siyasi fəallar məhkəməyə müraciət edib.

Bir çox fəalların işi hazırda Avropa İnsan Hüquqları məhkəməsində mübahisələndirilir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button