2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ-də “Ümummilli Lider Heydər Əliyev, Qələbəyə gedən yol” adlı konfrans keçirilib

ABŞ-nin Nyu-York şəhərində nüfuzlu təhsil ocaqlarından biri olan Kolumbiya Universitetində “Ümummilli Lider Heydər Əliyev, Qələbəyə gedən yol” (National Leader, Heydar Aliyev The road to victory) adlı konfrans keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un ABŞ bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (Azerbaijan-America Youth Federation) təşkilatçığı ilə baş tutan konfransda Azərbaycanın Vaşinqtondakı səfirliyinin və BMT-dəki daimi nümayəndələrinin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, ABŞ-də təhsil alan azərbaycanlı tələbələr və yerli ictimayyətin nümayəndələri iştirak ediblər.

Federasiyanın rəhbəri Günay Məmmədova Heydər Əliyevin keşməkeşli ömür yolu və zəngin irsi barəsində qonaqlara ətraflı məlumatlar verib. Azərbaycanlı gənc qeyd edib ki, ölkəmizin müstəqil dövlət kimi mövcudluğu və inkişafı Heydər Əliyevin liderlik amili ilə birbaşa bağlıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında bildirib ki, Heydər Əliyev mənalı ömrünü müasir, dünyəvi, qüdrətli, demokratik Azərbaycanın qurulmasına həsr edib. E.Əliyev əlavə edib ki, Heydər Əliyevin irəli sürdüyü milli ideya dünyanın hər yerində yaşayan azərbaycanlıları və Azərbaycana bağlı insanları müstəqil dövlətin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirə bilib.

Azərbaycanın ABŞ-dəki səfirliyinin konsulu Vüqar Qurbanov qeyd edib ki, müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır:

“Bu siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoludur. Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə bir daha göstərdi ki, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir”.

Diplomat vurğulayıb ki, Ulu Öndərin Azərbaycan gəncliyinə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.

Konfransda Ümummilli Lider haqqında film nümayiş olunub. Ekran əsərində onun həyat və fəaliyyətindən, ölkəmizin qabaqcıl ziyalılarının Ulu Öndərlə bağlı xatirələrindən bəhs edilib.

Tədbirdə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın və tarda diaspor təmsilcisi Aqil Hüseynovun ifasında bəstəkar Fikrət Əmirovun “Laylay” pyesi səsləndirilib.

Konfrans çərçivəsində Azərbaycanın Vaşinqtodakı səfirliyinin dəstəyi ilə Ulu Öndərin Amerika səfərlərinin lentə alındığı fotoların yer aldığı sərgi təşkil olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button