2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

    Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji batareyası yaradıblar. Yaradılmış batareya bir neçə həftə ərzində elektrik enerjisi istehsal edə bilir. Sözügedən batareya müxtəlif bakteriyalardan ibarət 3 laya sahibdir. Həmin bakteriyalar isə uzun müddət ərzində bir-birilərinin həyat fəaliyyətlərini dəstəkləyirlər. Yaradılmış bu enerji batareyasının əsas özəlliyi də məhz bundadır. Binhemton Universitetinin professoru Seokheun Choi bioloji batareyalar ilə artıq uzun müddətdir ki, məşğul olur. Onun siyahısında bakteriyalar əsasında çoxlu sayda kağız batareya layihəsi mövcuddur.

Saytların yığılması Saytlarin yigilmasi

    Lakin həmin layihələrin bir ortaq mənfi cəhətləri var. Belə ki, onlar qısa müddət ərzində çalışa biliblər. Professor yeni tədqiqatları çərçivəsində bir-birini dəstəkləmə özəlliyinə sahib bir neçə bakteriya növünün birləşməsinin köməyi ilə uzun müddət ərzində çalışa biləcək batareyanın yaradılmasını özünə məqsəd qoyub. Beləliklə professorun aparmış olduğu tədqiqatlar nəticəsində 3 laylı batareya yaradılıb. Batareyanın yuxarı layında işığa həssas olan bakteriyalar yerləşirlər. İşığın təsiri nəticəsində həmin bakteriyalar orqanik birləşmələr ifraz edirlər və o birləşmələr orta layda yerləşən bakteriyalara ötürülür.

    Orta layda yerləşən bakteriyalar da öz növbələrində orqanik birləşmələr ifraz edirlər və həmin birləşmələr alt laydakı bakteriyalara ötürülür. Alt layda yerləşən bakteriyalar həmin orqanik birləşmələr ilə qidalanaraq elektrik enerjisi istehsal edirlər. 3 kvadrat sm sahəyə sahib təcrübi bioloji batareya bir neçə həftə ərzində elektrik enerjisi istehsal edə bilib. Aydın məsələdir ki, bu cür enerji elementləri böyük olmayan sensorların və elektron cihazların çalışmalarını təmin edə bilərlər.

24 saat” “ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button