Siyasət
ABŞ dövlət katibinin köməkçisi: “Azərbaycana Avropanın enerji təhlükəsizliyinə töhfəsinə görə minnətdarıq”
“ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdardır”.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt jurnalistlərə açıqlamasında deyib.
“Biz Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük perspektivlər görürük”, – o əlavə edib.
Mənbə:Report