2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Gürcüstan hakimiyyətinin antiqərb ritorikasından narahatdır

Çərşənbə günü ABŞ bildirib ki, Gürcüstanın hakim partiyasından qaynaqlanan antiqərb ritorikasının güclənməsindən narahatdır.

“Biz təkcə Gürcüstan parlamentində baxılmaqda olan “Xarici agentlər haqqında” qanundan yox, həm də Gürcü Arzusu rəhbərliyinin antiqərb ritorikasından çox narahatıq”, – brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Gürcüstanda davam edən etirazlar fonunda rəsmi Tbilisinin artan antiqərb ritorikası ilə bağlı Turan-ın sualının cavabında bildirib.

Bundan əvvəl Gürcüstanın rəsmi şəxsləri Qərbi Gürcüstanda etirazlara təşəbbüs göstərməkdə ittiham ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Gürcü Arzusu Partiyası həmçinin bəyan edib ki, “zorakılıq, şantaj, təhdid və digər qanunsuz əməllərdə əli olan” və ya “bu hərəkətləri açıq şəkildə təqdir edən” bütün şəxslər haqqında məlumat bazası yaradacaq.

“Hesab edirik ki, antiqərb ritorikası Gürcüstanı təhlükəli yola salır… Bu, onların Avroatlantika yolunu və tamamilə aydındır ki, ölkələrimiz arasındakı münasibətləri təhlükə altına alır”, – Miller Turan-ın müxbirinə deyib, lakin “xoşagəlməz şəxslər”in məlumat bazasının yaradılması haqqında bəyanatı şərh etməyib.

Çərşənbə günü Gürcüstan polisi “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz edən nümayişçiləri amansız şəkildə dağıdıb. Bu, Rusiyapərəst oliqarx Bidzina İvanişvilinin təhdidedici çıxışından sonra baş verib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button