2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ: Gürcüstan Qərb cameəsində qalmaq istəyirsə, “qaydalara uyğun oynamalıdır”

Cümə günü amerikalı baş diplomat, Avropa və Avrasiyaya məsul Ceyms O’Brayen Gürcüstanı Qərb cameəsinə qoşulmağa ümid etdiyi halda, “qaydalara uyğun oynamağa” çağırıb,    Turan-ın Vaşinqton müxbiri bildirib. 

“Əgər futbol matçına qoşulmaq istədiyinizi deyirsinizsə, bizim komandada 15 nəfər, sizin komandada isə 7 nəfərin olacağını söyləyə bilməzsiniz”, – o, Vaşinqtonda telekonfrans zamanı deyib.

O’Brayenin bəyanatı dövlət katibi Blinkenin ABŞ-ın “Gürcüstanda demokratiyanın pozulmasına cavabdeh olan gürcü məmurlara və onların ailə üzvlərinə səyahət qadağaları tətbiq edəcəyini elan etməsindən bir gün sonra səslənib. Buraya vətəndaş cəmiyyətinin sıxışdırılması və dinc toplaşma azadlığının məhdudlaşdırılması daxildir.”

Saytların yığılması Saytlarin yigilmasi

Blinkenin bəyanatında ad çəkilməsə də, ABŞ-ın ABŞ-Gürcüstan əməkdaşlığını yenidən ciddi şəkildə nəzərdən keçirməyə hazır olduğu aydındır.

“Əlavə hərəkətlərimizə gəlincə”, –  O’Brayen izah edib, “Biz adların siyahısını dərc etmirik, lakin hansı hərəkətlərin bizdə xüsusi narahatlıq doğurduğunu açıq şəkildə bildiririk – bu, demokratik prosesləri pozmaq səyləri və əsasən öz fikrini ifadə edənlərə qarşı zorakılıq və hədə – qorxu tətbiqidir”.

O’Brayen xatırladıb ki,  viza məhdudiyyətləri təkcə məmurlara yox, onların ailə üzvlərinə  də şamil ediləcək. Əsasən onların ABŞ-da yaşayan və oxuyan uşaqlarına.

Vaşinqtonun bu xəbərdarlıqlarına Tbilisinin reaksiyası ilə bağlı Turan-ın sualının cavabında O’Brayen deyib:  “Təəssüf ki, vətəndaş cəmiyyətinə və müxalifətçi siyasətçilərə qarşı zorakılıq və təhdidlər, Gürcüstan xalqının Avropa və transatlantik dəyərlərə can atmaq səylərini əngəlləyən qanun sual doğurur: indiki rəhbərlik bunda maraqlıdırmı? Ümid edirik ki, onlar başa düşəcəklər ki, onların  xalqı Avropa və NATO yoluyla getmək istəyir”.

 

 

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button