2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Gürcüstanın xarici agentlər haqqında qanun layihəsini canlandırmaq planlarını tənqid edir

Çərşənbə günü Birləşmiş Ştatlar Gürcüstanın hakim partiyasının ötən il kütləvi etirazlar fonunda ləğv edilmiş “xarici agentlər” haqqında mübahisəli qanun layihəsini yenidən qəbul etməyi planlaşdırdığı haqqında məlumatlara reaksiya verib.

“Biz bu qanun layihəsinin nəzərdən keçirildiyi haqqında məlumatları gördük. Ötən il on minlərlə Gürcüstan vətəndaşı Avropa ambisiyalarını bəyan etmək və bu qanunun həyata keçirilməsinə yönəlmiş son cəhdə etiraz etmək üçün küçələrə çıxmışdı”, deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın müxbirinin sualına cavabda bildirib.

“Gürcüstanın Aİ-yə daxil olmaq barədə danışıqlara başlamaq üçün tarixi fürsəti var və biz bu prosesdə Gürcüstanı dəstəkləməyə hazırıq”, deyə o, qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Çərşənbə günü hakim “Gürcü arzusu” partiyası bəyan edib ki, qanun şəffaflığın təmin edilməsinə yönəlib və əlavə edib ki, yeni qanun layihəsinin mətni cüzi dəyişikliklərlə əvvəlki versiya ilə eyni olacaq.

Çərşənbə günü ABŞ Senatının beynəlxalq əlaqələr komitəsinin rəhbərləri – senatorlar Cim Riş və Cinn Şahin israrla Gürcüstan parlamentini bu qanun layihəsini ləğv etməyə çağırıblar.

“Gürcüstan hakimiyyətinin xarici agentlər haqqında qanunu gündəmə qaytardığını müşahidə etmək həddindən artıq məyusedicidir, bu, ölkəni daha da parçalayır. Bu, Rusiyanın vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq və siyasi müxalifəti boğmaq üçün istifadə etdiyi qanunlara bənzəyir. Gürcüstanda demokratik hökumətin bunun üçün heç bir əsası olmamalıdır”, deyə senatorlar qeyd ediblər.

“Gürcü xalqı 2023-cü ilin martında bu qanun layihəsini kütləvi nümayişlərlə rədd edib. Bu qanun layihəsi Gürcüstanın transatlantik inteqrasiyasına və Avropa İttifaqında ölkənin gələcəyinə yalnız zərər vuracaq”, deyə senatorlar bildiriblər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button