2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

ABŞ-ın F-16 təyyarəsi Sarı dənizdə qəzaya uğrayıb

class=”mediyanet-inline-adv”>

ABŞ-a məxsus döyüş təyyarəsi Çin materiki ilə Koreya yarımadası arasında yerləşən Sarı dənizdə qəzaya uğrayıb.

Hərbi mənbələrdən əldə edilən məlumata görə, Cənubi Koreyada yerləşdirilən ABŞ qüvvələrinə aid F-16 tipli döyüş təyyarəsinin təlim uçuşu üçün paytaxt Seulun cənubundakı Kunsan Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan sonra qəzaya uğradığı öyrənilib. Təyyarə qəzaya uğramazdan əvvəl tullanmağı bacaran pilot Cənubi Koreya sahil mühafizəsi tərəfindən sağ-salamat xilas edilib.

Saytların yığılması Saytlarin yigilmasi

F-16-nın qəzaya uğramasının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.

ABŞ Hərbi Hava Qüvvələri ötən ay Yaponiyada baş verən qəza ilə gündəmə gəlmişdi. Osprey tipli hərbi təyyarə noyabrın 29-da Yakusima adasının sahillərində dənizə düşüb və göyərtəsində olan 8 ekipaj üzvünün hamısı həyatını itirib. Qəzadan sonra ABŞ ordusu bütün Osprey tipli təyyarələrin fəaliyyətini dayandırıb.

2023-12-11 12:42:30

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button