2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib.

Bakı/15.12.23/Turan: Dekabrın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın yeni təyin olunmuş səfiri Mark Libbini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb”, məlumatda qeyd edilir.

Xarici İşlər Nazirliyi bildirir ki, görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Mark Libbi də X platformasında etimadnaməsinin surətini təqdiçm etdiyini təsdiq edib.

“Bu gün etimadnaməmin surətini Azərbaycan xarici işlər Naziri Bayramova təqdim etməkdən şərəf duydum. Buradakı fəaliyyətim müddətində ABŞ və Azərbaycan arasında əlaqələri və əməkdaşlığı gücləndirmək üçün çalışmağı səbirsizliklə gözləyirəm”, o qeyd edib. Xatırladaq ki, səfir Mark Libbi dekabrın 2-də Bakıya gəlib.-03-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button