2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ jurnalistlərin həbsi ilə bağlı Azərbaycana çağırış edib

Dövlət Departamenti həbsləri “qəbuledilməz” sayır

ABŞ Azərbaycan hökumətini hər kəsə, o cümlədən ifadə azadlığı hüququndan istifadə edənlərə hörmət etməyə çağırıb.

Bunu Dövlət Departamentinin sözçüsü dekabrın 27-də “Turan”ın jurnalist Şamo Eminovun həbsi ilə bağlı sorğusuna cavabında qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Kanal13” internet televiziyasının əməkdaşı Şamo Eminov dekabrın 22-də saxlanılıb.

Onun barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Eminov kanalın son bir ayda həbs edilən üçüncü əməkdaşıdır.

Dövlət Departamentinin sözçüsü son aylar Azərbaycanda həyata keçirilən həbsləri qəbuledilməz sayıb:

“Azərbaycanda son zamanlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin saxlanılması tendensiyası dərin narahatlıq doğurur. Ötən ay Azərbaycanda ondan çox belə şəxs saxlanılıb. Bu, qəbuledilməzdir”.

Eyni zamanda, Dövlət Departamenti Azərbaycan hökumətini insan hüquqları və əsas azadlıqlarına hörmət etməyə çağırıb:

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

Biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”.

Azərbaycanda noyabr ayının sonlarından etibarən korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Dekabrın 13-də “Abzas Media” ilə əməkdaşlıq edən araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. O eyni zamanda, “Turan” agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru olub.

Bundan sonra da jurnalist həbsləri davam edib. “Kanal 13” internet kanalının rəhbəri Əziz Orucov, əməkdaşları Rüfət Muradlı, Şamo Eminov və jurnalist Teymur Kərimov hazırda həbsdədirlər.

Həbs edilən jurnalistlər və onların müdafiəçiləri ittihamları qəbul etmir, siyasi sifariş adlandırırlar.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button