2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ kəşfiyyatı “kövrək dünya nizamı” ilə üzləşdiyini deyir

“Çox güman, Azərbaycanla Ermənistan arasında münasibətlər gərgin olaraq qalacaq”

ABŞ getdikcə “kövrək dünya nizamı” ilə üzləşdiyini bildirib.

Bu barədə martın 11-də ABŞ-ın kəşfiyyat qurumlarının 2024-cü illə bağlı təhlükənin qiymətləndirilməsi hesabatında qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabatda əsasən Rusiyanın Ukraynaya təcavüzə başlamasından iki ildən artıq müddətdə ABŞ-ın ən böyük rəqibləri olan Çin və Rusiyadan gələn təhdidlərə, habelə İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı hərbi kampaniya ilə bağlı daha geniş münaqişə risklərinə diqqət çəkilib.

“İddialı, lakin narahat olan Çin, qarşıdurmada olan Rusiya, İran kimi bəzi regional güclər beynəlxalq sistemin uzun müddətdir mövcud olan qaydalarına, eləcə də ABŞ-ın üstünlüyünə meydan oxuyurlar”, – deyə hesabatda bildirilib.

Hesabatda Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi birgünlük lokal əməliyyat, Ermənistan və Azərbaycan arasında sülh perspektivləri və toqquşma ehtimalı ilə bağlı qiymətləndirmələr də əksini tapıb.

Bildirilir ki, Ukraynadakı müharibə Rusiyanın Cənubi Qafqazda regional təhlükəsizlik arbitri rolunu zəiflətdiyindən Moskva Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatın qarşısını almaq üçün resurs və siyasi kapitalını istifadə etmək istəməyib.

ABŞ kəşfiyyatı Ermənistan və Azərbaycan arasında münasibətlərin gərgin olaraq qalacağını güman edir:

Lakin Azərbaycanın Qarabağı geri alması qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurma, yəqin ki, müddəti və intensivliyi ilə məhdudlaşacaq. Buna baxmayaraq, sülh müqaviləsinin, hərbi qüvvələrin bir-birinə yaxınlığı, atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması, Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması vəziyyəti davam edəcək. Üstəlik, Dağlıq Qarabağda idarəçiliyinin etnik ermənilərdən azərbaycanlılara keçməsi və Azərbaycanı öz eksklavı ilə birləşdirən quru dəhlizinə çıxış tələb etməsi silahlı qarşıdurma riskini artıracaq”.

2023-cü ilin sentyabrında Azərbaycan Dağlıq Qarabağdan Özünümüdafiə Qüvvələrinin məğlubiyyətinə və de-fakto bölgənin hakimiyyətinin təslim olmasına səbəb olan hərbi əməliyyata başladı. Bölgənin əksər etnik erməni əhalisinin sürətlə köçü və Bakıya regionun Azərbaycanla inteqrasiyası planlarını irəli sürməyə imkan verdi. Bu, uzun müddətdir ki, davam edən problemi ikitərəfli sülh gündəliyindən faktiki olaraq çıxardı”, – deyə hesabatda deyilir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button