ABŞ-ın İstanbuldakı konsulluğunun qarşısında bomba həyəcanı yaşanıb.
Axar.az xəbər verir ki, naməlum şəxs “Üzərimdə bomba var” deyə qışqıraraq insanları qorxuya salıb.
Əraziyə gələn polis əməkdaşları şübhəli şəxsi nəzarətə götürüblər.
Hüquq-mühafizə orqanlarından verilən açıqlamada, təhlükəli vəziyyətin olmadığı bildirilib.
Qeyd edək ki, sözügedən şəxsin Yaxın Şərq ölkələrindən birinin vətəndaşı olduğu deyilir.