2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ-nin Çikaqo şəhərində Azəbaycan bayrağı ucaldılıb

18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Çikaqo şəhərinin mərkəzində Azərbaycan bayrağı ucaldılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un ABŞ bürosu xəbər verir ki, mərasim Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Çikaqoda yaşayan həmvətənlərimizin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə Türkiyənin Çikaqodakı baş konsulu Engin Türesində iştirak edib.

ACMA-nın prezidenti Fərid Məmmədov “Report”a açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.

Qeyd edək ki, dövlət bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – “The Daley Center”də dalğalanacaq.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button