2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

ABŞ Polşa və Rumıniyaya əlavə qüvvələr göndərir

Xəbər verilir ki, 2000 ABŞ hərbçisi Polşa və Almaniyaya göndərilir və Almaniyadakı 1000-dək Amerika əsgəri Rumıniyaya keçirilir

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ prezidenti Co Bayden şərqi Avropaya əlavə hərbi qüvvələr göndərilməsi qərarını təsdiqləyib.

Bu barədə məlumatı Reuters agentliyinə fevralın 2-də iki ABŞ rəsmisi verib.

Rəsmilərdən biri deyib ki, 2000 ABŞ hərbçisi Polşa və Almaniyaya göndərilir və Almaniyadakı 1000-dək Amerika əsgəri Rumıniyaya keçirilir.

Bu xəbərləri az sonra Pentaqon da rəsmən təsdiq edib.

Bundan əvvəl Vaşinqton şərqi Avropaya göndərilmək üçün 8500 ABŞ hərbçisinin hazırlıq vəziyyətinə gətirildiyini bildirmişdi.

Reuters yazır ki, Moskva hələki geri çəkilmək niyyətində olduğuna dair heç bir işarə vermir.

Conson çətin durumda

Bu arada Kreml Britaniyanın baş naziri Boris Consonu lağa qoyaraq onun “tamamilə çaşdığına” işarə vurub.

Moskva digər Britaniya rəsmilərinin də “nadan və axmaq” olduqlarını dilə gətirir.

Putin Boris Consonla yanvarın 31-ə təyin edilmiş telefon söhbətini ləğv edib.

Bu arada Consonun özü Britaniyada karantin dövründə hökumət binasında təşkil edilən içki məclislərinə görə kəskin tənqid edilir.

Müxalifət və hakim partiyanın özündən onun dərhal istefaya getməsi tələb olunur.

Görünür bu, Kremlə Consonu dolamaq üçün girəvə verib.

Moskva lağa qoyur

Putinin sözçüsü Dmitri Peskov Consonla telefon söhbətinin ləğv olunması məsələsinə toxunarkən deyib ki, Moskva heç bir telefon söhbəti barədə elan verməyib:

“Hamı ilə danışmağa dəyər. Rusiya və prezident Putin hamı ilə kommunikasiyaya hazırdır. Lap elə əməlli-başlı çaşmış birisi ilə də…”

Rusiyanın Xarici İşlər Nazirliyi isə “London Qara dənizin o üzündə olan Baltikyanı müttəfiqlərinə təchizat yardımı göstərir” dediyinə görə Britaniyanın xarici işlər naziri Liz Trassı hədəfləyib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib:

“Xanım Trass, sizin tarix sahəsində bilikləriniz çoğrafiya sahəsindəki bilikləriniz qədərdir. Dünyanı nədənsə xilas etmək lazımdırsa, bu, Britaniya siyasətçilərinin axmaqlığı və nadanlığıdır”.

Lakin Moskvanın tikanlı reaksiyasına baxmayaraq Britaniya da Polşa və Estoniyaya əlavə hərbi qüvvələr göndərəcəyini bəyan edib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button