2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Qarabağ münaqişəsi zonasında minalardan təmizləmə işlərini davam etdirəcəyinə ümid edir

Ötən il Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlar ABŞ-ı minalardan təmizləmə üzrə əməliyyatlarının bir hissəsini dayandırmağa məcbur edib, lakin Vaşinqton ümid edir ki, sülh prosesi gələcəkdə bu səylərin bərpasına gətirib çıxaracaq, Turan-ın ABŞ-dakı müxbiri bildirib.

“Dağlıq Qarabağ münaqişəsindən ziyan dəymiş rayonlara yardım göstərmək üçün Konqresdən iki milyon dollarımız var… 2023-cü ildə Azərbaycan hərbi əməliyyatlar keçirəndə bu fəaliyyət dayandırıldı”, – Dövlət Departamentinin idarə rəhbəri Karen Çandler Vaşinqtonda brifinqdə bildirib.

O ümidvar olduğunu bildirib sülh sazişindən sonra bu iş davam etdiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən il Qarabağ regionunda minalardan təmizləmə əməliyyatları üçün Dövlət Departamentinə 2,28 milyon dollar ayrılıb.

Həmçinin Pentaqonun maliyyələşdirməsilə ABŞ Azərbaycanda adi silahların məhv edilməsi üçün vəsait ayırıb. “İnzibati məsələlərə görə tədbirlər keçirilmədi, lakin təlim üçün vəsait təmin edildi”, – Dövlət Departamentinin hesabatında deyilir.

“Münaqişə zonasındakı partlayıcı maddələr mülki şəxsləri öldürməyə, iqtisadi inkişafa mane olmağa və köçkün ailələrin təhlükəsiz qayıtmasına mane olmağa davam edir. 9 noyabr 2020 – ci il tarixli üçtərəfli sazişdən sonra regionda mina partlaması nəticəsində 360-dan çox adam ölüb və ya yaralanıb”, – Dövlət Departamenti qeyd edib.

Putinin Ukraynada davam edən müharibəsindən danışan dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini, səfir Bonni Cenkins bildirib ki,  Rusiyanın hücumu qəsdən Ukraynanın geniş ərazilərini minalar, partlamamış döyüş sursatları və partlayıcı qurğularla doldurdu. Onlar əkin sahələrinə girişin qarşısını alır, bərpa üzrə səylərə mane olur, köçkün ailələrin öz evlərinə qayıtmasına imkan vermir.

2023-cü ilin sentyabrına olan vəziyyətə görə, Ukraynanın  qiymətləndirmələrinə əsasən ölkə  ərazisinin 174000 kvadrat kilometri təhlükəli ola bilər. Bu, İllinoys ştatından daha böyük ərazidir. Ən azı 25000 kvadrat kilometr çirklənmiş əkinçilik ərazisi var.  Cenkins  qeyd edib ki, qlobal ərzaq təhcizatı baxımından bu, dünyada 81 milyon adama təsir göstərir.

“Rusiya Ukraynaya qarşı ədalətsiz, əsassız və qanunsuz hücum səbəbindən bu çirklənməyə görə məsuliyyət daşıyır”, –  o vurğuladı.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button