2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Senatından Bakıya çağırış: Jurnalistlərə qarşı hücumları dayandırın

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hökumətini jurnalistlərə və müxalif fəalların təqibini dayandırmağa çağırıb.

Toplum TV xəbər verir ki, bu barədə Kardin yanvarın 29-da “X” hesabında yazıb.

“Azərbaycanın jurnalistlərə hücumu, müxalif fəalların qanunsuz həbsi və transmilli repressiyalardan istifadə etməsi antidemokratik taktikadır”, – Senator açıqlamasında vurğulayıb

Saytların yığılması Saytlarin yigilmasi

O həmçinin qeyd edib ki, rəsmi Bakı COP29-dan əvvəl beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və təqiblərə son qoymalıdır.

Azərbaycan COP29 – BMT-nin İqlim Dəyişikliyi Konfransına bu ilin noyabrında ev sahibliyi edəcək.

Azərbaycanda son vaxtlarda çox sayda jurnalist, ictimai və siyasi fəal həbs edilib. 

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bunları siyasi həbslər kimi qiymətləndirib və ölkədə demokratik azadlıqların təhdid altında olduğunu bildiriblər.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button