2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Adamı özündən bezikdirən Tiflis – REPORTAJ

Tiflis daha gözəl deyil. Səmimiyyətini, məsumluğunu, hətta gözəlliyini itirib…

Əslində eybəcər olan, sadəcə daim kirşandan, ənlikdən və başqa boyalardan istifadə edərək ətrafdakıların ağzını sulandıran bir qadın təsiri bağışlayır Tiflis. Tez-tez görmək insanı bezikdirir, usandırır. Kamyunun “Yad”ındakı qəhrəman kimi özgələşdirir adamı…

Süstləşən, eybəcərləşən Tiflistiflis4-min

Saytların yığılması Saytlarin yigilmasi

Heç nə dəyişməyib. Tiflis elə həminki şəhərdi. Ensiz küçələr, dolanbaclar, üfunət qoxuyan yeraltı keçidlər illər öncə necəydisə, ilk dəfə bu şəhərə ayaq basanda necə görmüşdümsə, indi də o cürdü. Hətta dilənçilərin siması, üzlərindəki qırışlar belə dəyişməyib. Ovuclarındakı tale xətləri də Tiflis küçələrində dolaşan insanların nitqi kimi rabitəsiz və sistemsizdi…

Tiflis bizim üçün bir nəfəslik idi. İndi də elədi. Ancaq əvvəllər daha çox sevirdik, buradan doyacağımızı ağlımıza gətirməzdik. Ora gedəcəyimiz günü səbirsizliklə gözləyirdik. İndi isə…

İndi Tiflis yolçuluğu Azərbaycanın hansısa bir rayonuna səfər etmək qədər adi bir hala çevrilib.

Bir şey eyni cürə qalırsa, heç dəyişmirsə ona maraq itir, cəzbetmə qüvvəsi sıfıra düşür. Hətta suyu saatlarla, günlərlə bir qabda saxlayanda iylənir, ürək bulandırır. Bax, elə indiki Tiflis kimi.
Tiflis yalnız havanının tez-tez dəyişkən olmasıyla bir az vahiməlidi. Başqa heç nəylə…

Gecə həyatı, diskotekalar, bar və restoranlar Bakıdan heç də fərqlənmir. İnsanları soyuqdu. Əvvəllər daha istiydilər; bəlkə də özlərini elə göstərirdilər. Üzlərində acı təbəssüm hiss olunur. Gülümsəmələrində riyakarlıq aydın sezilir.

Təbiəti kimi soyuq insanları

tif2-min
Tiflis küçələrindəki işıq dirəkləri, solğun və öləziyən lampalar insanın ürəyini bulandırır. Sartrın “Ürəkbulanma”sındakı Rokente kimi. İtlərin ulaşdığı, adamların qışqırtısı qulaq deşən küçələrdə gəzişərkən anidən yediklərini qaytarmaq istəyirsən. “Əcaba, bu illər öncə mənim gördüyüm, füsünkar Tiflisdimi?” deyə düşünür, qıc olmuş qollarını daşa-divara sürtürsən və mədəni doldurmaq, hər şeyi unutmaq üçün tez yaxınlıqdakı kafeyə tərəf üz tutursan. Bir parç pivə, ya bir içimlik viskidən sonra özünə gəlirsən, ancaq yerindən dəbərmək, ölmüş, susqun küçələri saatlarla gəzmək istəmirsən. Bayıra çıxıb dərhal taksiylə gecələmək üçün otelə gedirsən.

Əvvəllər isə belə deyildi. O vaxtlar biz Tiflisə yatmaq üçün yox, içmək, gəzmək, əylənmək üçün gedirdik. İndi isə yatmağa, başımızı yastığa qoymaq üçün üz tuturuq – sonuncu səfərdə bu müşahidə olundu.

Tiflisin təbiəti kimi də insanları dəyişkən, soyuqdu. Buranın da insanları nədənsə beziblər. Bizim kimi onlar da harasa getmək, qaçmaq, mühacirət etmək istəyirlər.

“Ehhh”lərin doğurduğu həqiqət

tiflis5-min

Bəlkə də əllərinə yaxşıca pul gəlib, hardansa xəzinə tapıblar deyə üzümüzə gülümsəmək belə istəmirlər. Monotonluq həyat tərzinə çevrilib. “Bəlkə sabah bu gündən yaxşı olacaq” deə düşünürsən. Səhərin açılmasını gözləyirsən. Və məlum olur ki, sabah əslində dünənkinin davamıdı və daha pisdi. Ürəyin sıxılır, hətta üfunət qoxumayan küçələrdə belə yediklərini qaytarmaq istəyirsən, çünki ürəyin bulanır. İllər öncə isə…

İllər öncə Tiflisin hər qarışına valeh olmuşduq. Küçədə balaca piştaxtalarda boy sırası ilə düzülən kitablar, kiçik köşklərdə satılan kökələr, siqaretlər, qədimi əşyalar – çeşidlər bol idi. Balaca şəhərdə üz tutmaq üçün yüzlərlə ünvan var idi. Hər tində on dəqiqə dolaşırdın, axşam olurdu. Gecə isə diskotekalara, barlara gedir, əylənir, istədiyin musiqini sifariş edirdin. Hər dəqiqə qızıl idi, zamanın donmasını, əyləncənin davam etməsini istəyirdin. Barlar, restoranlar bağlnanadan sonra dümdüz, qaranlıq küçələrlə gedir, qarşına çıxan insanlarla söhbət edir, dərdləşir, Tiflisin necə gözəl olduğunu, bu şəhərin qədrini bilməyi ağsaqqal kimi onlara məsləhət verirdin. Onlar isə “ehhh” deyib yollarına davam edir, sənsə arxalarınca boylanıb, bir-iki ağız söyəndən sonra hallarına acıyır, sonra içkinin təsirindən ayılmamış gülümsəyərək gedirdin. İndi, vaxtı ilə “ehhh” deyənlərin nə qədər haqlı, Tiflisin sadəcə bir neçə saatlıq sənə eşq yaşadan, əslində isə içini boşaldan bir fahişə qədər də cazibədar olmadığı apaydındı.

***

tt1-min

Tiflis unutqan şəhərdi. Ona görə də tez-tez getməyin yeri yoxdu. Buranı sevmək üçün uzun ayrılıqlar gərəkdi. Əks halda şəhər elə mərkəzindən ötüb keçən kükrəyən Kür çayı kimi lilli, üfunətli və adi görünəcək.
Tiflis yalnız yetim doyuzdurandı. Gəl, ye, iç, bir sözlə kef elə. Ancaq xoşbəxt olmayacaqsan, daha əvvəlki kimi xoş xatirələrlə, “tezliklə geri dönəcəm” deyib tərk etməyəcəksən bu şəhəri. Bir yolluq gedəcəksən, nə vaxtsa qayıtmağa ümidin olmadan…

tiflis3 — копия-min

Xüsusi olaraq 24saat.org saytı üçün

Ramin DEKO

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button