2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Afinadan Türkiyə-Yunanıstan oxunda mühüm addım: Terror düşərgəsi boşaldıldı

2023-07-06 08:00:10

Yunanıstan Polis Xidməti (ELAS) dünən səhər saatlarında həyata keçirilən əməliyyatla Afinadan 60 kilometr uzaqlıqdakı Lavrion düşərgəsinin boşaldıldığını açıqlayıb. Bildirilib ki, əməliyyat nəticəsində binada olan 53 nəfər Yunanıstan İmmiqrasiya və Sığınacaq Nazirliyinə bağlı yeni müəssisəyə göndərilib. Türkiyə terror təşkilatı PKK yaraqlılarına sığınacaq verməsini əsas gətirərək, düşərgəni keçmişdə dəfələrlə iki ölkə münasibətlərində problem olaraq gündəmə gətirib.

‘Heç bir müqavimət yox idi’

Saytların yığılması Saytlarin yigilmasi

ELAS-ın açıqlamasında 1947-ci ildən qanuni fəaliyyət göstərən və son illərdə “zəbt edilən” binanın dünən səhər tezdən həyata keçirilən əməliyyatla boşaldıldığı bildirilib. Binadan 26-sı kişi, 8-i qadın və 19-u uşaq olmaqla 53 nəfər Miqrasiya və Sığınacaq Nazirliyinin digər strukturlarına köçürülərkən, düşərgə Lavriotiki Bələdiyyəsinə təhvil verilib. ELAS-ın açıqlamasında “Yaşayış üçün uyğun olmayan bina sakit şəraitdə müqavimət göstərmədən boşaldılıb” ifadəsi işlədilib, əməliyyatın görüntüləri də qurumun saytında dərc edilib. Bununla belə, PKK-ya yaxın marjinal xəbər saytları Yunan polisinin qapıları sındıraraq içəri girdiyini və ‘barbar əməliyyat’ keçirdiyini iddia edərək, təxliyə edilən PKK üzvlərinin düşərgəyə qayıtmasına icazə verilməsini tələb edib.

SƏBƏB zəlzələ

Yunanıstan hökuməti bir müddət əvvəl “zəlzələ zamanı dağılma riski var” səbəbi ilə Lavrion düşərgəsini bağlamaq qərarına gəlib. Düşərgədə mətbuata açıqlama verən Lavriotiki Bələdiyyə Başçısı Dimitris Loukas da eyni səbəbi vurğulayaraq, “Çox kiçik bir zəlzələ binanı yıxıb orada yaşayanları öldürə bilərdi” dedi. Yunanıstan mətbuatında ötən ilin aprelində düşərgədəki 150 nəfərdən 100-nün Afinanın da daxil olduğu Attika bölgəsindəki müxtəlif qaçqın düşərgələrinə köçürüldüyü, qalanlarının isə Lavrionu tərk etməkdən imtina etdiyi bildirilib.

YUNAN MEDİASI MÜSÜBİDİR

Yunanıstan hökumətinin düşərgəni bağlayaraq Lavriotiki Bələdiyyəsinə təhvil vermə qərarı açıqlandığında, Kathimerini qəzeti, “Afina Ankaranın sözügedən düşərgəni bağlamaq istəyini yandan da olsa yerinə yetirir. Beləliklə, Türkiyə-Yunanıstan münasibətlərindəki “tikan” aradan qaldırılır” və “Ant1” televiziyası belə şərh edib: “Türkiyənin ittihamlarını nəzərə alsaq, bu inkişaf Yunanıstana xeyir verəcək”.

TERROR TƏŞKİLATI PKK-NIN NƏZARƏTİNDƏDİ

1947-ci ildə Sovet İttifaqından olan qaçqınların yerləşdirildiyi Lavrion düşərgəsi 1980-ci illərdən etibarən Türkiyədən qaçan PKK üzvlərinin sığındığı yer olub. Yunan hökumətləri uzun illər PKK terrorçularının düşərgədə sığınacaq və təlim keçməsini inkar edirdi. İşarəsində Birləşmiş Millətlər Təşkilatının himayəsində olduğu bildirilən düşərgə son illərdə tamamilə terror təşkilatı PKK-nın nəzarətindədir. Düşərgənin maliyyəsi də PKK tərəfindən qarşılanıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button