2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Yəməndə dəhşətli hadisə: Uşaq yemək axtararkən zibil qabının altına düşərək ölüb

class=”mediyanet-inline-adv”>

Aclıq və yoxsulluqla mübarizə aparan Yəməndə zibillikdə yemək axtaran qız faciəvi şəkildə ölüb. Aden şəhərində 7 yaşlı qızın yemək almaq üçün tullanaraq dırmaşmağa çalışdığı zibil qabı onun üzərinə düşüb.

Konteynerin altında qalan balaca uşağın dünyasını dəyişdiyi bildirilib. Hadisə yerinə gələn polis qrupu uşağın cansız cəsədini konteynerin altından çıxararaq ailəsinə təhvil verib.

Saytların yığılması Saytlarin yigilmasi

2014-cü ildən İranın dəstəklədiyi husilərin paytaxt Sənanı ələ keçirməsindən bəri daxili qarşıdurmalar yaşayan Yəmən iqtisadi böhran və yoxsulluqla mübarizə aparır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) dərc etdiyi son hesabata görə, Yəməndə qarşıdurmaların şiddətləndiyi 2015-ci ilin martından 2022-ci ilin 30 sentyabrına qədər 3 min 774 uşaq həlak olub, 7 min 245 uşaq isə yaralanıb.

2023-12-27 15:00:55

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button