2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ağstafada “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda tədbir baş tutub

Ağstafada Zəfər Gününə həsr olunmuş “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük iclas zalında təşkil olunan tədbirdə Ağstafa rayon icra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin və bu ilin sentyabr ayında gerçəkləşdirilən uğurlu antiterror tədbirlərinin əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini onun layiqli davamçısı dövlətimizin başçısı əzmi, gücü, siyasi iradəsi sayəsində qətiyyət və müvəffəqiyyətlə həyata keçirdi, zamanın sınağından uğurla adlayaraq Azərbaycanı müasir, qüdrətli və Qalib ölkəyə çevrilib.

Tədbirdə Vətənə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, Zəfər Gününə həsr olunmuş videoreportaja tamaşa olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button