2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Aİ liderləri Macarıstanı Ukraynaya yardım üçün razı salmağa çalışır

Problemin həlli üçün sammit təşkil olunub

Fevralın 1-də Avropa İttifaqı liderləri Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynaya sabit maliyyə təklif etmək planına qoşulmağa inandırmaq üçün toplaşıb.

“Reuters” yazır ki, əgər arqumentlər uğursuz olarsa, Macarıstan razı gəlməzsə, Aİ yola onsuz davam edəcək. Yəni Macarıstan olmadan da Kiyevə maliyyə yardımı edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Plan Ukraynanın 2024-2027-ci illər üçün ehtiyaclarını qarşılamağı nəzərdə tutur. Bunun üçün 33 milyard avro (36 milyard dollar) kredit və 17 milyard avro qrant ödəmək nəzərdə tutulur.
Pul Aİ büdcəsindən Kiyevə Rusiyanın işğalı ilə mübarizə üçün köçürülməlidir.

Aİ 2022-ci ildən bu yana, Moskvanın işğalından sonra Ukraynaya kömək etməyə başlayıb.

Viktor Orban. Foto: Reuters

Ekspertlər düşünür ki, Aİ büdcəsinin təmin edəcəyi dörd illik maliyyələşdirmənin sabitliyi, Ukraynaya başqa bir böyük yardım təminatçısı olan Birləşmiş Ştatların maliyyə yardımının ABŞ Konqresindəki daxili çəkişmələr səbəbindən qeyri-müəyyən olduğu bir vaxtda daha vacibdir.

Aİ büdcəsindən istifadə etmək üçün bütün 27 üzv ölkə razılaşmalıdır. Moskva ilə sıx əlaqələr quran Macarıstan hər il ödənişlərə veto qoymaq istəyir. Hər dəfə digər 26 Aİ ölkəsi Macarıstanın tələbini rədd edir. Bu səbəbdən Aİ ölkələri və Macarıstan dekabrdan bəri qarşıdurma içərisindədir.

Hazırda keçirilən sammit problemin həlli üçün təşkil olunub.

Aİ bu vəsaiti ödəmək üçün çox gözləyə bilmir, çünki martda Ukraynanın normal dövlət funksiyalarını yerinə yetirmək üçün nağd pulunun tükənəcəyi gözlənilir.

Macarıstanın layihəyə maliyyə verilməsinə razı olub-olmayacağı bəlli deyil.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button