2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Aİ-nin Azərbaycandakı nümayəndəsi yerli KİV-ə narazılığını bildirib

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko yerli KİV-də Avropa İttifaqının Ermənistandakı Missiyasına (AİEM) qarşı dərc olunan yazılardan narazılığını bildirib. 

Toplum TV xəbər verir ki, bu barədə Peter Mixalko fevralın 6-da “X” sosial şəbəkəsində məlumat paylaşıb. 

“Son günlər Azərbaycanda bəzi mətbuat orqanlarında Avropa İttifaqının Ermənistandakı Missiyasına (AİEM) qarşı tamamilə əsassız ittihamların dərc edilməsində təəssüf edirəm. Vurğulayıram ki, AİEM mülki, silahsız missiyadır və onun mandatı riayət etməkdir”, –  Mixalko bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, missiyanın məqsədi sabitlik və etimadın yaradılmasına töhfə verməkdir. 

“Aİ Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasına dəstək üçün səylərini davam etdirəcək”, – deyə o, qeyd edib. 

Fevralın 3-də Çexiya vətəndaşının Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olduğu və hərbçilər tərəfindən saxlanıldığı bildirilir.

Onun saxlanılması ilə bağlı Çexiyanın Azərbaycandakı konsulluğuna məlumatın göndərildiyi də vurğulanır.

Hökumətyönlü mediada yayılan xəbərlərdə bildirilir ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)  istintaq-əməliyyat araşdırmaları aparılır. Amma DTX məlumatı nə təsdiq, nə də təkzib edir.

Çexiya səfirliyindən də vətəndaşın Azərbaycanda saxlanılmasını Meydan TV-yə təsdiqləyiblər. Lakin səfirlik ümumilikdə məsələni şərh etmək istəmədiyini qeyd edib.

Çexiyanın Xarici İşlər Nazirliyi isə ölkə vətəndaşının Ermənistandan Azərbaycana keçərkən saxlandığını təsdiqləyib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button