2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aİ və NATO-nun xüsusi nümayəndələri Yerevanda Cənubi Qafqazdakı vəziyyəti müzakirə edirlər

Dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Yerevana gəlib. Burada baş nazirin müavini Mger Qriqoryanla görüş keçirib.

Ermənistan KİV-lərinin məlumatına görə, həmsöhbətlər Ermənistan və Azərbaycanıın sərhədin delimitasiyası üzrə nümayəndə heyətlərinin ayın sonunda keçiriləcək görüşünü, habelə regionda ümumi vəziyyəti müzakirə ediblər. 

Bu gün NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina da Yerevanda səfərdədir. 

Saytların yığılması Saytlarin yigilmasi

Digər məsələlərlə yanaşı, Cənubi Qafqazda təhlükəsizlik sahəsində vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub. 

“Həmsöhbətlər Azərbaycan prezidentinin bu yaxınlarda səsləndirdiyi, danışıqların bütün məntiqinə zidd olan və regionda gərginliyin artmasına səbəb olan bəyanatlardan narahatlıqlarını ifadə ediblər. Bu kontekstdə baş nazir beynəlxalq ictimaiyyətin müvafiq ünvanlı reaksiyasına və Cənubi Qafqazda sabitlik və sülhə yönəlmiş addımlara ehtiyac olduğunu vurğulayıb”, bu barədə Armenpress agentliyinin məlumatında deyilir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button