2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Akif Çovdarov məni döyüb” – MTN İŞİ

Sabiq MTN-in vəzifəli şəxslərinin məhkəməsində şahidlər ifadə verib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə yenə də jurnalistlər buraxılmayıb.
Prosesdə zərərçəkmiş Mübariz Məmmədovun epizodu üzrə Gömrük Hospitalının iki həkimi şahid qismində ifadə veriblər. Onlar M. Məmmədovun əməliyyat olunduğunu, ürəyinə stend qoyulduğunu təsdiq ediblər. Həkimlər bildiriblər ki, onlarda M. Məmmədovun döyülməsi barədə onlarda məlumat olmayıb. İclasda çıxış edən A. Çovdarov M. Məmmədovu vurmadığını deyib. Bildirib ki, onun üstünə qışqırıb, yalan danışmamağı tələb edib.
M. Məmmədov isə ifadəsində A. Çovdarov tərəfindən döyüldüyünü deyib.
Vəkil Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, A. Çovdarovun səhhətində problemlər var və buna görə tez-tez iclasda fasilə verilir.
Akif Çovdarova qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israfetmə, quldurluq, hədə-qorxu ilə tələbetmə, qanunsuz silah saxlama, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələri ilə ittiham verilib. Səlim Məmmədov, Akif Əliyevə, Orxan Osmanova da CM-nin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button