2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Aksiya iştirakçısı: “Məqsədimiz güney azərbaycanlıların səsini dünyaya çatdırmaqdır”

“Berlin aksiyasının məqsədi Brüsseldəki kimi güney azərbaycanlıların etirazlarını dünyaya, Avropa siyasi ictimaiyyətinə çatdırmaqdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un Avropa bürosunun əməkdaşına açıqlamasında aksiya iştirakçısı, Güney Azərbaycandan olan soydaşımız Şərifə Cəfəri deyib.

O bildirib ki, aksiyanın əsas tələblərindən biri də İranda Azərbaycan dilindən istifadəyə qoyulan qadağanın ləğv edilməsidir: “Bizim haqlarımız tapdanır, günahsız insanlarımız öldürülür və həbs edilir. Urmiya gölümüz qurudulur. Biz də haqlarımız və ədalət üçün çalışırıq”.

Ş.Cəfəri söyləyib ki, güney azərbaycanlıların aksiyaları davamlı olacaq.

Qeyd edək ki, hazırda Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilir. “Unter Der Linden” meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi ilə fəallığı ilə seçilirlər.

Onlar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirilər.

Fərhad Məcidzadə

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button