2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Aksiz markasız siqaretlər müsadirə edildi – FOTO

Gömrükçülər xeyli sayda siqaret müsadirə ediblər.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Əməliyyat tədbiri Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşən mağazanın qarşısında baş tutub. Burada Azərbaycanın aksiz markasıyla markalanmamış tütün məmulatının satışı və daşınması ilə məşğul olan Gəncə sakininin idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Baxış zamanı, avtomobilin salonunda sözügedən şəxsə məxsus 5 ədəd sellofan çantanın və 2 ədəd karton qutunun içərisində xarici ölkələrdə istehsal olunmuş, Azərbaycanın aksiz markası ilə markalanmamış cəmi 31.800 ədəd “Pirveli Premium”, “Golden Gate Blue” və “Dubao Red” adlı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button