2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Albaniya Prezidenti və xanımı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanış olublar

Azərbaycanda rəsmi səfərdə olan Albaniya Prezidenti Bayram Beqay və xanımı Armanda Beqay iyulun 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanış olublar.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, qonaqlara Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dahi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 2012-ci ildə Gəncədə keçirilən xüsusi toplantıda təsis edilib. Azərbaycan Prezidentinin dəstəyi ilə fəaliyyətini genişləndirən Mərkəz müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri bir araya gətirib.

Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2013-cü ildən etibarən paytaxtımızda keçirilən və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. Mərkəzin əsas məqsədi dünyada sülhün, dinc birgəyaşayışın, ədalətin bərqərar olunmasına töhfə verməkdir.

Mərkəzdə qonaqlara xatirə olaraq xalça, həmçinin cari ilin mart ayında Bayram Beqayın da iştirak etdiyi və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: Həyatı və İrsi” mövzusunda keçirilən konfransın materiallarının yer aldığı jurnal və albom hədiyyə edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button