2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Aldığı kondisioner başına iş açdı – VİDEO

Kreditlə kondisioner alan şəxs onun işləmədiyini görüb. Mağaza, servis xidməti isə buna baxmayaraq ondan pul istəyib.

Nəticədə istehlakçı işləməyən kondisionerə görə kreditin aylıq ödənişini etməkdən boyun qaçırıb. İndi isə mağaza onu məhkəməyə verib. Qanun bu yerdə nə deyir?

Aldığı kondisioner başına iş açdı.
Məcnun Kərimovun kreditlə aldığı kondisionerə 3 illik rəsmi zəmanət verilib. Bir müddət sonra isə kondisionerin xarab olduğunu görən Məcnun Kərimov mağazaya zəng edib.
Mağazanın tələbi ilə razılaşmayan müştəri kondisionerin aylıq ödənişini etməkdən imtina edib. Mağaza isə onu məhkəməyə verib.
Məcnun Kərimov başqa ustalar tərəfindən kondisionerə baxış keçirildiyini deyir. Ustalar, istehsal zamanı nöqsana yol verildiyi və mütləq dəyişilməli olduğunu bildiriblər. Mütəxəssislərə görə, mağaza tərəfindən istehlakçı hüququ pozulub.
Məcnun Kərimov bu il ərzində götürdüyü kreditin aylıq ödənişini etmədiyindən əsas borca faiz yazılıb. Mütəxəssislərə görə məhkəməyə müraciət etməklə o əsas borcdan da azad ola bilər. Yeni kondisionerlə təmin oldunduqdan sonra isə ödəniş mütləq qaydada təmin olunmalıdır.(xezerxeber.az)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button