2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ali Məhkəmə müxalifətçini həbsdə saxlayıb

Aprelin 18-də Azərbaycanın Ali Məhkəməsi Almaniyadan deportasiya edildikdən sonra həbs edilmiş fəal Pünhan Kərimlinin kassasiya şikayətini təmin etməyib.

Beləliklə, Ali Məhkəmə Kərimlinin narkotik haqqında iş üzrə 5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü qüvvədə saxlayıb.

2021-ci ilin noyabrında Kərimli Almaniyadan deportasiya olunub və iki ay sonra Azərbaycanda qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Ağır Cinayətlər Məhkəməsi onu 6 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Apellyasiya Məhkəməsi həbs müddətini bir il uzadıb. 

Mayın 16-da Ali Məhkəmə Kərimlinin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb. Lakin 29 avqust 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi Kərimliyə qarşı ittiham bəndlərindən yalnız birini ləğv edərək, cəza müddətini dəyişdirmədən saxlayıb. 

Bu gün Ali Məhkəmə bu hökmü təsdiq edib. Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Kərimli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button