Loading...
Loading...
Gündəm

Alim Qasımovun kürəkəni həbs edildi – Xalq artistinin “xəbəri yoxdur”

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib. 

Onun oğurluqda ittiham edildiyi bildirilir. 

Bildiriir ki, Elnur Mövlanov qayınanasının qızıllarını oğurlayıb. 

Alim Qasımovun xanımının zərərçəkmiş kimi tanınması bu iddiaların əsassız olmadığını göstərir. 

Artıq cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İşə hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Alim Qasımov isə “Qaynarinfo”ya belə bir olayın baş vermədiyini bildirib. 

“Harda gedir məhkəməsi? Xəbərim yoxdur, öyrənib deyərəm”, – deyə o əlavə edib. 

Alim Qasımovun xəbəri təkzib etməsinə rəğmən onun da məhkəmə prosesində iştirak etdiyi iddia olunur.

Gözdən qaçırmayın:  Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button