Loading...
Loading...
Siyasət

Allahşükür Paşazadə Ərdəbil məscidinin imamının çıxışını pisləyib

Bakı/22.09.21 Çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə İranın Ərdəbil şəhərinin imamı Amulinini pisləyən bəyanatla çıxış edib.

“İmamın söylədiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüf hissi yaradıb. Bu çıxış İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etmir. Ərdəbil kimi şəhərdə bu cür çıxış ən azı hörmətsizlikdir”, – bəyanatda deyilir.

İran etiraf edib ki, Azərbaycan öz ərazilərini – Qarabağı azad edib ərazi bütövlüyünü bərpa edib, indi də dağıdılmış ərazilərin bərpası ilə məşğuldur.

“Təəssüf ki, Ərdəbil məscidinin imamının çıxışı İran-Azərbaycan münasibətlərinə xələl gətirə bilər islam həmrəyliyinə tamamilə ziddir”, – bəyanatda bildirilir.

Xatırladaq ki, Azərbaycanda İranın Qarabağdakı erməni separatçıları ilə əməkdaşlığı tənqid olunduqdan sonra sözügedən iranlı xadim  Azərbaycanın ünvanına hədə-qorxu ilə çıxış edib. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun