Gündəm

Almaniya Azərbaycan vətəndaşlarını deportasiya edir

Bu gün daha bir qrup Azərbaycan vətəndaşının Almaniyadan deportasiyası gözlənilir.

Deportasiya prosesi Almaniya vaxtı ilə saat 12.00-da nəzərdə tutulub. “Report”un məlumatında deyilir. 

Məlumata görə, ötən gün axşam saatlarında 20-ə yaxın Azərbaycan vətəndaşı Almaniyanın müxtəlif şəhərlərindən Düsseldorf hava limanına gətiriliblər. 

Onların aralarında vaxtı ilə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər də var.

Hava limanı yaxınlığındakı yataqxanada yerləşdirilən Azərbaycan vətəndaşları koronavirus testi verdikdən sonra bu gün Almaniya vaxtı ilə 12:00-da təyyarə ilə Azərbaycana göndəriləcəklər.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button