2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Almaniya kansleri İlham Əliyev və Nikol Paşinyanla görüşüb

Olaf Şolts Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyanı dəstəklədiyini vurğulayıb

Fevralın 17-də Münhendə Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Görüşdə Almaniya kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyanı dəstəklədiyini vurğulayıb.
Daha sonra isə İlham Əliyev və Nikol Paşinyan ikitərəfli görüş keçirib.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici işlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 16-da Münhendə ənənəvi təhlükəsizlik sammiti işinə başlayıb.
Görüşdə Azərbaycandan Prezident İlham Əliyev, Ermənistandan Baş nazir Nikol Paşinyan iştirak edir.

Siyasilər düşünür ki, Qarabağ münaqişəsində sülhə nail olmaq üçün ikitərəfli görüşlər önəmlidi.

Azərbaycan və Ermənistan arasında danışıqlar ya Avropa İttifaqının, ya da Rusiyanın vasitəçiliyi ilə aparılır. Amma hələlik, iki ölkə arasında sülh sazişi imzalanmayıb.
İkinci Qarabağ müharibəsindən sonra bir neçə dəfə iki ölkə sərhədində gərginlik olub. Ən son belə hal isə fevralın 13-də baş verib.

Azərbaycan tərəf bir hərbçisinin sinayper gülləsi ilə yarlandığını, bununla bağlı cavab tədbiri gördüklərini açıqlayıb. Ermənistan isə dörd hərbçisinin öldüyünü, birinin isə yaralandığını deyib.

Hər iki tərəf yaranmış vəziyyətdə bir-birini günahlandırıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button