2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Almaniya XİN: “İrəvanla Bakı arasında danışıqların davam etdirilməsinə şərait yaratmaq istəyirik”

“Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və bunu sülhün bərqərar edilməsinə yönəlmiş bütün danışıqlar üçün əsas hesab edir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra birgə keçirilən brifinqdə deyib.

“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istəyirik”, – A.Barbok bildirib.

A.Mirzoyan öz növbəsində qeyd edib ki, Ermənistan regionda sülhün bərqərar olmasını mümkün hesab edir.

O bildirib ki, Ermənistan Almaniyanın regionda sülh və sabitliyin bərqərar olması səylərini vacib hesab edir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button