2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Almaniyada casus zəlzələsi… Gizli məlumatlar Rusiya kəşfiyyatının əlindədir!

2023-08-10 14:25:47

class=”mediyanet-inline-adv”>

Almaniya ordudakı casus böhranından danışır…

Saytların yığılması Saytlarin yigilmasi

Federal Ordunun Koblenzdəki Federal Materiallar, İnformasiya Texnologiyaları və İstifadə İdarəsində çalışan Tomas H. adlı şəxs Rusiyanın Bonndakı Baş Konsulluğu və Berlin səfirliyi ilə əlaqə saxlayıb məxfi məlumat və sənədləri çatdırmaqda şübhəli bilinərək saxlanılıb.

Karlsrue Baş Prokurorluğu Tomas H.-nin evində və iş yerində axtarış aparıldığını və bəzi sənədlərin ələ keçirildiyini açıqlayıb.

Sözügedən şəxsin uzun müddətdir Almaniya Ordusu ilə bağlı gizli məlumatları Rusiya Kəşfiyyat Xidmətinə ötürdüyü bildirilib.

Almaniyada daxili kəşfiyyata cavabdeh olan Konstitusiyanın Müdafiəsi Federal Təşkilatı (BfV) və Hərbi Kəşfiyyat Xidməti ilə əməkdaşlıq çərçivəsində istintaqın davam etdiriləcəyi açıqlanıb.

Nəzarətə alınan Tomas H.-nın 10 ilə qədər həbs oluna biləcəyi bildirilib.

class=”mediyanet-inline-adv”>

Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra Almaniyada casusluq fəaliyyətlərinin artdığı vurğulanarkən, Federal Ədliyyə Naziri Marko Buşman “ayıq olmalıyıq” deyib.

Rusiyanın Berlindəki səfirliyində çalışan və “persona non-qrata” elan edilən 40 diplomatın deportasiya edildiyi də xatırladılıb.

Bundestaqın Müdafiə Komissiyasının sədri Mari-Agnes Strack-Zimmermann da həssas vəzifələrə təyin ediləcək şəxslərin keçmişinin hərtərəfli araşdırılmasını təklif edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button