2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan və Monteneqro əməkdaşlığın müqavilə-hüquq bazasını genişləndirmək niyyətindədir

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Yakov Milatoviç ilə görüşüb.

Milli Məclisin mətbuat xidməti bildirib ki, Qafarova COP29-da iştirakla bağlı Azərbaycan prezidentinin dəvət məktubunu təqdim edib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın Monteneqronun əsas investorlarından biri olduğunu söyləyən Milatoviç xüsusilə turizm sahəsində əməkdaşlığın yüksək səviyyəsindən razılığını ifadə edib.

Görüşdə iki ölkəarasında müqavilə-hüquq bazasının daha da genişləndirilməsi, yeni sazişlərin imzalanmasının əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, İqtisadi əməkdaşlıq komissiyasının işinin gücləndirilməsi bu sahədə münasibətlərin daha da genişləndirilməsinə təkan verəcək.

Söhbət zamanı humanitar sahədə də əlaqələrin, insanlar arasında təmasların gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Sahibə Qafarova Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində rolu barədə də danışıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button