2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq hüquq müdafiə koalisiyası A.Məmmədlini və digər siyasi məhbusları azad etməyə çağırıb

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Anar Məmmədlini və digər siyasi məhbusları azad etməyə çağırıb.

Observatoriyaya daxil olan 30 vətəndaş cəmiyyəti təşkilatının imzaladığı müraciətdə Azərbaycan hakimiyyətinə Anar Məmmədliyə qarşı bütün ittihamları ləğv etmək, ölkədə müstəqil səslərin təqibinə son qoymaq və bütün siyasi məhbusları qeyd-şərtsiz azad etmək çağırışı yer alır.

Müraciət müəllifləri cəmiyyətdə qanuni rolunu yerinə yetirən müstəqil vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin hüquqlarına hörmət etməyi və qorumağı tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, BMT və Avropa Şurasına, habelə Aİ institutlarına və bütün “həmfikir dövlətlərə” qarşıda duran COP29 iqlim konfransının Bakıda keçirilməsindən tənqidi səslərin təqibinə son qoyulması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq kimi istifadə etmək çağırışı yer alır. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycanda siyasi məhbusların sayı, demək olar ki, 300-ə çatır.

* Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Observatoriya İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (İƏÜT) və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) birgə layihəsidir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button