2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Almaniyanı daha ağıllı edən türk

class=”mediyanet-inline-adv”>

Almaniyada yeni bir çığır açan və “BeIntelli” layihəsi çərçivəsində şəhərdə istifadə ediləcək ilk “avtonom avtobus”u təqdim edən Prof. Dr. Şahin Albayrak yaxın 4-5 il ərzində bütün dünyada ictimai nəqliyyatda tam bir dövr dəyişikliyinin olacağını bildirib. Tuncelidə doğulub boya-başa çatan, ali təhsilini Almaniyanın paytaxtı Berlində başa vuran türk əsilli alim prof. Albayrakla avtonom avtobusda getdim, müsahibə aldım. Almaniyada 12 metr uzunluğunda, 32 nəfərlik, rəqəmsallaşdırılmış avtonom avtobusda sükan qarşısındakı oturacaqda öz yerini tutmağa məcbur olan sürücü bir dəfə də olsun müdaxilə etməyib.

Svetofora GÖRƏ BİLƏR

Saytların yığılması Saytlarin yigilmasi

* Avtonom avtobusun xüsusiyyəti nədir?

Köhnə avtomobillər 2 min hissədən ibarət idi. İndi rəqəmsallaşma üsulu ilə bu hissə sayı 70-ə qədər azalacaq. Hazırkı rəqəmsal avadanlığı ilə bu avtomobil qarşısındakı nəqliyyat vasitələrinə olan məsafəni hesablaya və işıqforun nə vaxt qırmızı və ya yaşıla keçəcəyini görə bilir. Bu ölçüləri 2 km-ə qədər məsafədə edə bilir. Biz gələcəyin avtomobillərinin çox ağıllı olmasını istəyirik. Biz insan imkanlarına malik avtomobillər istəyirik.

class=”mediyanet-inline-adv”>

* Sınaq müddəti nə qədər davam edəcək?

Hazırkı sınaq müddətinin gələn ilin may ayına qədər başa çatacağını gözləyirik. Avtobusun istifadə edəcəyi marşrut da rəqəmsallaşdırılıb və nəqliyyat vasitəsi bu yolda problemsiz hərəkət edir. Bu sınaq müddətində biz də vətəndaşları nəqliyyat vasitəsinə qəbul edirik. Biz onlara əmin olmaq istəyirik. Biz insanların süni intellektə inamını artırmaq istəyirik.

* Gələcəkdə bu alətlər işə düşəcəkmi?

Əlbəttə. Hazırda Berlin İctimai Nəqliyyatında 800-dən çox sürücü çatışmazlığı var. Bunun qarşısını ancaq sürücüsüz nəqliyyat vasitələri ilə almaq olar. Necə ki, indi hamı mobil telefon və kompüterdən istifadə edir, qarşıdakı dövrlərdə də bu cür cihazlardan istifadə qaçılmaz olacaq. Bizim inkişaf etdirdiyimiz texnologiya təkcə avtobuslar üçün deyil. 5 növ avtomobilimiz var. Ən kiçikləri qida daşıyıcılarıdır. Bizdə yük daşıyan kiçik robotlarımız var. Normal minik avtomobilimiz var. Böyük yükdaşıyan maşınlarımız var.

class=”mediyanet-inline-adv”>

* Uşaq vaxtı belə xəyallarınız olubmu?

Yox. Ən böyük arzum Mercedes-də mühəndis işləmək və Mercedes markalı avtomobil almaq idi. Çünki mən uşaq olanda almanlar bizim yerlərə “Mercedes” markalı maşınlarla gələrdilər.

ŞAHİN ALBAYRAK KİMDİR

Prof. Dr. Şahin Albayrak 1958-ci ildə Tuncelinin Nazımiyyə rayonunun Turnayolu kəndində anadan olub. İbtidai, orta və liseyi Tuncelidə bitirib. 1979-cu ildə Almaniyada işləyən qardaşının yanına gedib və 1980-ci ildə Berlin Texniki Universitetinin Kompüter və Kommunikasiya Elmləri Fakültəsində təhsilə başlayıb. 1992-ci ildə həmin universitetdə doktoranturasını bitirib və elə həmin il “Paylanmış Süni İntellekt Laboratoriyası”nı yaradıb və onun rəhbəri olub. 2003-cü ildə Berlin Texniki Universitetində Kompüter və Kommunikasiya Tədqiqatları Departamentinin rəhbəri vəzifəsində çalışıb. 2014-cü ildə Türkiyə ilə Almaniya arasında elmi əməkdaşlığın inkişafına verdiyi töhfəyə və mühacir əsilli insanların təhsilinə verdiyi dəstəyə görə Federal Xidmət Ordeni ilə təltif edilib.

2023-12-23 02:49:21

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button