2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Amerikalı konqresmen Qubad İbadoğlu ilə bağlı Konqres rəhbərliyinə müraciət edib

ABŞ konqresmeni, Şimali Karolinadan olan respublikaçı Devid Rouzer həmkarları adından Konqres rəhbərliyinə müraciət edərək Dövlət Departamentini Qubad İbadoğlunun Azərbaycan həbsxanasından qeyd-şərtsiz azad edilməsini tələb etməyə çağırıb. 

Toplum TV xəbər verir ki, bu barədə “Turan” agentliyi məlumat yayıb. 

“Cənab spiker, fəxr edirəm ki, Amerikanın bir neçə aparıcı universitetində dərs deyən hörmətli alim və iqtisadçı doktor Qubad İbadoğlunun vəziyyətilə bağlı ikipartiyalı qətnamə təqdim etdim”, – Rouzer deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O xatırladıb ki, 2023-cü ilin iyulunda Azərbaycana səfəri zamanı İbadoğlu və onun xanımı polisin hücumuna məruz qalıb, alim siyasi motivli və əsassız ittihamlarla həbs edilib:

“Bu günə qədər onu həbsdə saxlamağa davam edirlər, vəkillə görüş və həyati əhəmiyyətli dərmanların çatdırılması imkanlarından məhrum edirlər. Bu sui-istifadə qanunsuzdur və həyat üçün təhlükəlidir. Hazırda doktor İbadoğlunun yaşadığı şey insan hüquqlarına hörmət edilməyən və adamların əsassız ittihamlarla həbs olunduğu ölkələrdə nələrin baş verə biləcəyinə xatırlatmadır”.

Xatırladaq ki, ötən həftə konqresmen Rouzer və ABŞ Konqresinin 20 digər üzvü Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə çağıran qətnamə qəbul ediblər. Həmmüəlliflər həmçinin dövlət katibini Azərbaycan hökumətilə bütün əlaqələrdə Qubad İbadoğlunun azadlığa buraxılması məsələsinə xüsusi diqqət yetirməyə çağırıblar.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button