2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Amerikalı üzgüçülər Rio aeroportunda saxlanıb

Braziliya rəsmiləri iki amerikalı üzgüçü, Gunnar Bentz və Jack Conger-i Rio de Janeiro hava limanında təyyarəyə minən zaman saxlayıb, ABŞ Olimpiya Komitəsi təsdiqləyib.

Hər iki üzgüçü çərşənbə günü sorğu-sual olunmaq üçün təyyarədən endirilib. Polis bazar günü onların qarət olunması faktı ilə bağlı sorğu edib.

Onların digər iki komanda yoldaşına – Ryan Lochte və James Feigen – ölkəni tərk etməyə icazə verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Locte-nin vəkilinin BBC-yə verdiyi məlumata görə sonradan Lochte ABŞ-a qayıda bilib. 12 Olimpiya medalı olan Lochte tarixdə ən uğurlu üzgüçülərdən biridir.

4 üzgüçü deyib ki, onlar taksidə silah gücü ilə qarət olunublar.

Polis isə deyir ki, onların dedikləri Olimpiya kəndinə çatarkən CCTV videomüşahidə yazılarına uyğun deyil.

Üzgüçülərin iddia etdiyi qarət hadisəsi əvvəlindən qarışıqdır.

Lochte deyib ki, o komanda yoldaşları ilə birlikdə Olimpiya kəndinə qayıdanda silahlı şəxs tərəfindən qarət olunub
Lochte deyib ki, o komanda yoldaşları ilə birlikdə Olimpiya kəndinə qayıdanda silahlı şəxs tərəfindən qarət olunub

İlk olaraq Lochte ABŞ televiziya şəbəkəsinə daxil olan NBC-yə hadisə barədə məlumat verib. Lakin Beynəlxalq Olimpiya Komitəsinin sözçüsü Mark Adams jurnalistlərə deyib ki, qarətlə bağlı məlumat “tamamilə doğru deyil”.

Bir qədər sonra ABŞ Olimpiya Komitəsi üzgüçülərin dediklərini təsdiqləyib.

Lochte özü polislərə deyib ki, şənbə günü axşam o və komanda yoldaşları Feigen, Gunnar Bentz və Jack Conger Fransa Olimpiya komandasının party evində keçirilən tədbirə qatılıb.

O deyib ki, Olimpiya kəndinə geri dönəndə onların maşını, özünü polis kimi təqdim edənlər tərəfindən saxlanılıb.

Locte əlavə edib ki, adamlardan biri onun başına silah dayayıb, pulunu və şəxsi sənədlərini oğurlayıb.

Polis araşdırmadan sonra deyib ki, onların qarət olunması faktını təsdiq edəcək sübut tapa bilməyiblər. Onlar həm də üzgüçülərin dediklərində “uyğunsuzluğa” eyham ediblər.

Polis deyir ki, Feigen və komanda yoldaşı onları qarət edən insanların sayı ilə bağlı müxtəlif rəqəm səsləndirib
Polis deyir ki, Feigen və komanda yoldaşı onları qarət edən insanların sayı ilə bağlı müxtəlif rəqəm səsləndirib

Lochte və Feigen polisə deyib ki, onlar komanda yoldaşları ilə birlikdə Olimpiya kəndinə yerli vaxtla saat 04:00-da qayıdıblar.

Lakin CCTV video yazılarına görə üzgüçülər Olimpiya kəndinə yerli vaxtla saat 07:00-da gəlib.

Polis bildirib ki, onlar üzgüçüləri kəndə gətirən taksi sürücüsünü də müəyyən edə bilməyib.

Polis əlavə edib ki, Feigen və Lochte onları qarət edən insanların sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirib.

Müstəntiqlər üzgüçülərin qaldığı otaqda axtarış etmək və Feigen-in mobil telefonunu yoxlamaq üçün order almağa müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button