2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev Petersberq İqlim Dialoqunda iştirak edir

Dünən axşam dövlət başçısı İlham Əliyev Berlinə gəlib. Bu gün o, “15-ci Peterberq iqlim dialoqu”nda iştirak edir.

O, öz çıxışında Azərbaycanın tədarük etdiyi qaz və neftin Avropa üçün rolundan danışıb. Daha sonra o bildirib ki, Azərbaycanda “yaşıl keçid” çərçivəsində də layihələrin həyata keçirildiyini bildirib. Azərbaycanda bu il işə salınacaq külək və günəş enerjisi layihələrinin ümumi gücü 1300 meqavat təşkil edəcək. 

Petersberq İqlim Dialoqu (25-26 aprel) Bakıda keçiriləcək COP29-da iqlimlə bağlı danışıqlarda mühüm mərhələdir. Federal Xarici İşlər Nazirliyində keçirilən konfransa 40-dan çox ölkənin nümayəndələri gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Petersberq dialoqunda əsas diqqət Azərbaycanın paytaxtında keçiriləcək COP29-a hazırlığa yöləndilir. Xarici işlər naziri Annalena Berbok tərəfindən təşkil edilmiş və prezidenti Muxtar Babayev təyin edilmiş tədbir beynəlxalq iqlim təqvimində mühüm mərhələdir. Kofransda beynəlxalq iqlim siyasətinin əsas məsələləri ilə bağlı siyasi səviyyədə müzakirələr aparılacaq.

Almaniya XİN başçısı ANnalena Berbok öz çıxışında bildirib ki, dünyanın 195 ölkəsi 2033-cü ilə qədər mədən yanacağı dövrünə son qoymaq və bərpa olunan enerji mənbələrinin gücünü üç dəfə artırmaq, enerji səmərəliliyini iki dəfə artırmaq və 2030-cu ilə qədər ağacların kəsilməsini dayandırmaq barədə razılıq əldə edib.

“Bu il biz COP29-da məhz bu suallara cavab vermək üçün Bakıya gedirik”, deyə o bildirib. Petersberq İqlim Dialoqu məhz bu məqsədlə düşünülüb: yeni koalisiyaların yaradılması, həqiqətən nə isə etmək istəyənlərin alyanslarının yaradılması. Bu gün Aİ 2040-cı ilə qədər tullantıları 90% azaltmağı təklif edir.

Günəş batareyaları üçün ən yaxşı yerlərin 60%-i Afrikada yerləşir, lakin orada günəş enerjisi istehsalı obyektlərinin cəmi 1%-i var. Bu gün, 2024-cü ildə iqlim böhranına qarşı mübarizə investisiyaların, imkanların və obyektlərin olmalı olduğu yerlərə çatdırılmasından ibarətdir.

Qlobal ekoloji keçid üçün illik 5 trilyon dollar lazımdır, həm də 2 trilyon dollar inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub.

Berbokun sözlərinə görə, inkişaf etmiş ölkələr xərclərin əsas hissəsini öz üzərinə götürməlidir. Bunun üçün illik 100 mlrd. dollar tələb olunur.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button