2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mirzoyan Ermənistanın Alma-Atı görüşündən nə gözlədiyini açıqlayıb

Ermənistan Alma-Atıdakı danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun və ticari marşrutların məhdudiyyətsiz açılması məsələsinin tənzimlənməsini müzakirə etmək niyyətindədir, bu barədə bazar ertəsi Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.

Bazar ertəsi Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Ermənistan və Azərbaycan XİN başçılarının danışıqlarının mayın 10-da Alma-Atıda baş tutacağını açıqlayıb.

“Biz nəqliyyat infrastrukturunu azad etmək istərdik. Hələlik ortaq razılaşma yoxdur, lakin belə bir razılaşma olsa, Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yolları və ticari marşrutları açmaqdır”, deyə Mirzoyan Macarıstan XİN başçısı Peter Siyyarto ilə birgə mətbuat konfransında bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan KİV-lərinin məlumatına görə, Ermənistan “Azərbaycanla uzun illər davam edən münaqişəyə son qoyulmasına və hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasına yönəlmiş konstruktiv danışıqları” davam etdirməyə hazırdır.

Bir müddət əvvəl Mirzoyan Ermənistan və Azərbaycanın 1991-ci il sərhədlərinin delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün kimi qəbul edilməsi ilə bağlı konsensusa yaxın olduqlarını bildirib. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button