2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb

Martın 14-də Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri, həbsdə olan Anar Məmmədlinin şikayətini təmin etməyib. Şikayət həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı verilmişdi.
Apellyasiya Məhkəməsi öz qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıqda, vergidən yayınmada, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib.  Amnesty International şirkəti A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Digər hüquq-müdafiə təşkilatı  Front Line Defenders A.Məmmədlini Soçi Olimpiya oyunları ilə bağlı barəsində kampaniya aparılmış 12 hüquq-müdafiəçisinin siyahısına daxil edib. A.Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı hakimiyyətin saxtakarlığını ifşa etməsidir. -16B04-
 

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button