2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qolları iflic olan fəal narkotik ticarətində ittiham olunub

İctimai fəal Famil Xəlilov həbs olunub.

Bu barədə Turan-a onun həyat yoldaşı Kiçikxanım Xəlilova məlumat verib.

Xəlilovanın sözlərinə görə, mayın 2-də Sulutəpə qəsəbəsində yerləşən kirayədə yaşadıqları evlərinə mülki geyimli şəxslər gəlib: “Yoldaşım 1-ci qrup əlildir, qolların ikisi də iflicdir. Həmin gün onu hamamda çimizdirirdim. Qapı döyüldü, balaca qızım qapını açdı, sonra gəlib mənə dedi ki, əmilər var çöldə, çağırırlar. Mən çıxanda özlərini polis kimi təqdim ediblər. Ondan sonra yoldaşımı hamamdan çıxarmaq üçün getdim, qayıdanda gördüm ki, salonda həddindən artıq çox qara paltarda adam var, evin ikinci mərtəbəsində də adamlar var idi”.

Saytların yığılması Saytlarin yigilmasi

Fəalın yoldaşı qeyd edib ki, bütün evi axtarandan sonra polis əməkdaşları F.Xəlilovu evdən çıxarıblar: “Famili sürüyərək evdən çıxartdılar həyətə. Ondan sonra yenidən apardılar içəri, özləri də videoçəkiliş edirdilər. Yoldaşıma “qalx ikinci mərtəbəyə” deyəndə, qayıtdı ki, mən 8 aydır bu evdəyəm, 1 dəfə də bu piləkəni çıxmamışam, çünki çıxa bilməmişəm. Onlar yoldaşımı yuxarı qaldırıblar. Sonra isə başqa heç yerə əl vurmadan müstəntiq yataq otağında komodun siyirməsindən göy salfeti çıxartdı, orada da nəsə ağ bir şey olduğunu dedi. Mən israrla bildirdim ki, bu, bizə aid deyil”.

K.Xəlilovanın sözlərinə görə, yoldaşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunur: “Həmin gün məni və 3 azyaşlı uşağımı da 40-cı polis bölməsinə apardılar. Orada biz həyətdə gözlədik. Bizdən Familin kompüter parolunu israrla istədilər. Sonra bizi buraxdılar, amma bir neçə gündür yoldaşımdan xəbərim olmadı, sadəcə gəlib dərmanlarını götürüb ona apardılar. İki gün sonra məlum oldu ki, yoldaşım barəsində artıq həbs qətimkan tədbiri seçilib”. 

Fəalın yoldaşı bildirdi ki, F.Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Onu da qeyd edib ki, F.Xəlilov mayın 4-də evə zəng edərək aclıq etdiyini bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button