2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

E.Həsənov tələbləri qismən yerinə yetirildikdən sonra quru aclığı dayandırıb

Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 25-də axşam, tələbləri qismən təmin edildikdən sonra quru aclığı dayandırıb.

AXCP-dən Turan-a verilən məlumata görə, aprelin 18-də Həsənovun məhkəmədə çıxış üçün hazırladığı, istintaq təcridxanası əməkdaşlarının müsadirə etdiyi 11 səhifəlik qeydlər ona qaytarılıb.

Bundan başqa, Həsənova onun işi üzrə məhkəmə prosesinin obyektiv olacağı barədə təminat verilib. Bu barədə Həsənov dünən axşam telefonla israrla ondan aksiyanı dayandırmağı xahiş edən yoldaşlarına bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Həsənov aprelin 18-dən aclıq edirdi.

* Elnur Həsənov 28 noyabr 2023-cü il tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsi (CM-in 234.4.3-cü maddəsi) ittihamı ilə həbs olunub. Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Aprelin 18-də o, məhkəmədə çıxışı üçün hazırladığı qeydlərin müsadirə edilməsinə etiraz əlaməti olaraq aclıq elan edib.

Həsənov həmçinin ona qarşı cinayət işinin saxtalaşdırılmasına etiraz edir və azad olunmasını tələb edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button