2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Amnesty İnternational”: Azərbaycanda Prezident seçkiləri ərəfəsi repressiyalar daha da güclənib

 Azərbaycan hakimiyyətinə çağırış edildi

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ərəfəsində insan hüquqları təşkilatı olan “Amnesty İnternational” hakimiyyətin ifadə azadlığı hüququna qarşı son basqılarına, o cümlədən hazırkı dövlət başçısı İlham Əliyevin tənqidi səsləri hədəf almasına diqqət çəkib.

Təşkilat bildirir ki, seçkilər ərəfəsində Azərbaycan hakimiyyəti tərəfindən artan repressiya təkcə, fərdi hüquqlara hücum deyil, həm də vətəndaş cəmiyyətinə və qanunun aliliyinə basqıdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Hakimiyyət torlarını geniş açır və siyasi motivli məhkəmələrdən sonra artıq ədalətsiz şəkildə həbs edilmiş şəxslərin ailələrini təqib etmək, qorxutmaq və hədələmək də daxil olmaqla, qisasçı repressiya aktlarından çəkinmir. Dövlət tənqidçilərinin yaxınlarını hədəfə alaraq və onların aktivlərini dondurmaqla, hakimiyyət faktiki olaraq onların təqibini kollektiv cəzaya çatdırır. Buna son qoyulmalıdır”, – “Amnesty International”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze bildirib.

“Amnesty International” bildirir ki, 2023-cü ilin noyabrından Azərbaycan hakimiyyəti dinc müxalifətə qarşı repressiyaları gücləndirib. Nəticədə jurnalistlər, siyasi rəqiblər və bir hüquq müdafiəçisi də daxil olmaqla 13-dən çox şəxs həbs edilib. Bu şəxslərdən ən azı 11-i saxta ittihamlarla özbaşına həbsdə qalır. Jurnalistlər də daxil olmaqla, bir çox fərqli səslər təqib olunacağından qorxaraq ölkədən qaçıb.

Ən pisi də dövlət tənqidçilərinin həbsindən sonra hökumətin onların ailələrini və yaxınlarını hədəfə almasıdır. Hökumətin korrupsiya iddialarını araşdıran müstəqil media orqanı olan “AbzasMedia” işində təkcə, bir neçə işçi həbs edilməyib, onların ailələri də sistematik şəkildə hədəfə alınıb. Hakimiyyət tənqidçilərin və fəalların ailə üzvlərinin bank hesablarını dondurmaqla ədalət sistemindən sui-istifadə edir. Bu taktika bir çox insanı, o cümlədən yaşlıları və sağlamlıq vəziyyəti ağır olanları ağır maliyyə vəziyyətində qoyub”.

“AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova bildirib ki, pensiyası və müavinətini aldığı hesabına həbs qoyulduğu üçün lazım olan dərmanlarını ala bilmir.

Sevinc Vaqifqızı və Ülvi Həsənli. Foto: Meydan TV

Həbsdə olan “AbzasMedia”nın direktoru Ülvi Həsənli və “Kanal13” internet xəbər kanalının rəhbəri Əziz Orucovun ailə üzvlərinin, qohumlarının da hesablarına həbs qoyulub.

Bu, jurnalist fəaliyyətinə görə açıq-aşkar qisas almaqdır. Müdafiəçilər bildirirlər ki, bu hücumların, hədə-qorxuların və ailə üzvlərinə təzyiqlərin heç bir hüquqi əsası yoxdur. Hüquqşünasların sözlərinə görə, ailə üzvləri məhkəmə prosesində şübhəli şəxs olmadığından onların hesablarının dondurulması üçün heç bir hüquqi əsas yoxdur. Aktivlərin dondurulması taktikası soyuq mesaj göndərmək və təkcə hökuməti tənqid edənləri deyil, həm də onların ailələrini və tərəfdaşlarını susdurmaq məqsədi daşıyan kollektiv cəzanın bir formasıdır”.

Əziz Orucov, foto: Meydan TvƏziz Orucov, foto: Meydan Tv
Əziz Orucov, foto: Meydan Tv

Təşkilar sonda bildirir ki, bu repressiya və təqib nümunəsi Azərbaycanın insan hüquqları üzrə beynəlxalq öhdəliklərini birbaşa pozur.

ATƏT-in ilkin hesabatında media azadlığını məhdudlaşdırmaq və jurnalistlərin işinə xələl gətirmək üçün istifadə edilən tədbirlər, o cümlədən müstəqil jurnalistlərin həbslərinin sayının artması ilə bağlı narahatlıq ifadə olunub.

Qubad İbadoğlu. Foto: Meydan TV

“Yerli QHT-lərin və hüquq müdafiəçilərinin məlumatına görə, siyasi motivli təqiblər nəticəsində 200-dən çox şəxs həbsdə və ya həbsxanada qalır. 2023-cü ilin iyulunda tanınmış iqtisadçı və siyasi fəal Qubad İbadoğlu saxta pul hazırlamaqda ittiham edilərək həbs edilib”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina qərarının əsas səbəbi siyasi motivli təqiblər və insan haqları sahəsində vəziyyətin pisləşməsi olub. Buna cavab olaraq Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib və bu ölkənin beynəlxalq insan haqları öhdəliklərinə məhəl qoymadığını vurğulayıb.

“COP29”

Bu gərginliyə baxmayaraq, Azərbaycan bu il COP29-a ev sahibliyi etmək üçün seçilib.

“Amnesty International” Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərə, fəallara, siyasi opponentlərə, hüquq müdafiəçilərinə və onların ailələrinə qarşı təqibləri dərhal dayandırmağa çağırır. Təşkilat sırf insan hüquqlarını dinc şəkildə həyata keçirdiklərinə görə saxlanılan və ya həbs edilənlərin dərhal azad edilməsinə, insan hüquqlarının bərpasına və təzyiq vasitəsi kimi istifadə edilən cavab taktikasına son qoyulmasına çağırır.

İnsan hüquqlarının pozulmasına məruz qalanların hamısının ədalət mühakiməsinə və tam, adekvat təzminat da daxil olmaqla effektiv müdafiə vasitələrinə çıxışı təmin edilməlidir. Bu pozuntulara görə məsuliyyət daşımaqda şübhəli bilinən bütün şəxslər ədalətli mühakimə üsulu ilə məsuliyyətə cəlb edilməlidir. Hakimiyyət ölkədə hər kəsin hüquqlarına hörmət etməli, onları qorumalı, təbliğ etməli və yerinə yetirməlidir”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button