2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Anar Məmmədlinin həbsi haqqında qərar qanun pozuntusu ilə qəbul olunub – vəkil

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı qanun pozuntularına yol verilib. Bu barədə onun vəkili Elmar Süleymanov öz Facebook səhifəsində yazıb.

Belə ki, CPM-nin 51.6-1-ci maddəsinə rəğmən, Bakının Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva məhkəmə iclasının audioyazısının aparılmasını təmin etməyib. “Hətta qanunun bu tələbinin təmin edilməsinə dair vəsatətim də əsassız olaraq rədd edildi”, deyə vəkil qeyd edib.

O, həmçinin qeyd edib ki, CPM-nin 51.7-ci maddəsinə rəğmən, vəkilin məhkəmə iclasının protokolu ilə tanış olmaq haqqında ərizəsi üzrə ümumiyyətlə heç bir hərəkət edilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

CPM-nin 51-1.6-cı maddəsinə rəğmən, müdafiəçi olaraq vəkilə verilməli olan sənədlərin heç biri onun elektron kabinetimə yerləşdirməyib.

Apellyasiya Məhkəməsində həbsdən verilmiş şikayətə 6 may saat 11:00-da baxılacaq.

* 2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında Abzas Media ilə əlaqəsi olan səkkiz jurnalist və mətbuat işçisi həbs olunub.

Apreldə bu iş üzrə meclis.info saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də həbs edilib.

İşin fiqurantlarına qarşı “əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət işini korrupsiya faktlarını araşdırmaları ilə əlaqələndirirlər. Əliyev və Məmmədli Abzas Media-nın fəaliyyəti ilə ümumiyyətlə əlaqələri olmadığını bildiriblər. Hüquq müdafiəçiləri həbs olunan şəxsləri siyasi məhbus kimi tanıyıblar.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button