2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Anar Məmmədova qarşı təzyiqlərlə bağlı vətəndaş cəmiyyəti fəalları bəyanat verib

Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı təzyiqlərlə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin
BƏYANATI
Bundan öncə dəfələrlə hüquq mühafizə orqanlarının qanunsuz sorğulamaları və hədələri ilə üzləşən, həmçinin sübut olunmayan əsaslarla 5 il 6 ay şərti həbs cəzası alan Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenidən təzyiqlərlə üz-üzədir. Aydın görünür ki, müstəqil saytın fəaliyyəti hakimiyyət dairələrini narahat edir və müxtəlif basqılarla onun fəaliyyətini dayandırmaq istəyirlər.
Hazırda baş redaktor Anar Məmmədov həbs təhlükəsi ilə üzləşib. Criminal.az saytında Məlahət MMC-nin rəhbəri, “Lombard N1”in sahibi Məlahət Qurbanova ilə sabiq sosial müdafiə naziri Fizuli Ələkbərov arasında olan məhkəmə davası haqda material dərc edilib. Həmin məqalədə M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olması və şəxsi peşəsinə uyğun olaraq ‘’Lombard Məlahət’’ kimi təqdim olunub. M.Qurbanova lombard ayamasını özü üçün təhqir və böhtan hesab edərək xüsusi ittiham qaydaşında məhkəməyə şikayət edib. M.Qurnabova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatlar yayıb. Saytın redaksiyasının yerləşdiyi və baş redaktorun qeydiyyatda olduğu paytaxt Bakıda məhkəmə bu iddianı icraata götürməsə də, Ağdam rayon Məhkəməsinin hakim Mahir Niftəliyev xüsusi ittihamı icraata qəbul edərək, Anar Məmmədovu təqsirləndirilən şəxs elan edib. Yanvarın 7-ə məhkəmə baxışı təyin olunub.
Bir daha xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ilin martında A.Məmmədovu 5,6 il şərti azadlıqdan məhrum edilməsi barəsində hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə ittiham edilib. Bundan sonra isə ölkə daxilində“Criminal.az” saytına girişə məhdudiyyət qoyulub.
Onu da qeyd edək ki, Ağdam rayon Məhkəməsinin A.Məmmədov barəsində xüsusi ittihamla bağlı çıxaracağı bəraət hökmündən başqa istənilən qərarı A.Məmmədovun 5 il 6 ay şərti cəzasını həbslə əvəz edəcək.
Biz vətəndaş cəmiyyəti olaraq bu məhkəmə işini A.Məmmədova qarşı təzyiqlərin davamı kimi qiymətləndiririk və müstəqil mediaya basqı sayır, müstəqil KİV-i təmsil edən A.Məmmədova qarşı təzyiqlərin dayandırılmasını tələb edirik.
İmzalayanlar:
Şahvələd Çobanoğlu, jurnalist
Samir Kazımlı, hüquq müdafiəçisi
Nazim Bəydəmirli, iqtisadçı-alim

Xədicə İsmayıl, araşdırmaçı-jurnalist

Saytların yığılması Saytlarin yigilmasi

Ərəstun Oruclu, politoloq

Şəbnəm Karslı, yazar

Rauf Mirqədirov, jurnalist

Ələsgər Əhmədoğlu, hüquqşünas

İlham İsmayıl , təhlükəsizlik məsələləri üzrə ekspert

Pərviz Həşimli, jurnalist

Elçin Məmməd, hüquq müdafiəçisi

Vasif Qurbanzadə, Qarabağ Hərəkatının başqanı

Natiq Cavadlı, jurnalist

Samir Vəliyev, təşkilatçı

Elşən Balaxanski, jurnalist

Cavad Cavadov, vəkil

Şəmşad Ağa – jurnalist

Samir Zeynalov, ictimai vəkil

İbrahim Cəfərov, müəllim

Rövşən Hacıbəyli, jurnalist

Xalid Ağaliyev, media hüquqçusu

Cavanşir Həsənli, jurnalist

Şəhriyar Məhərrəmov, incəsənət adamı

Nəzakət Zeynallı, FrauFam – Qadın və ailəlrin inteqrasiyası cəmiyyətinin sədri

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button