Loading...
Loading...
24 saat

Anar Nağılbaz vəfat etdi

Tanınmış reper Anar Nağılbaz rəhmətə gedib. Bu barədə onun həmkarları məlumat yayıb.

Onun ölüm səbəbi hələik dəqiqləşməsə də, bir neçə gündür pzünü pis hiss etdiyi bildirilib.
Anar Nağılbazın anası pnun ölümü ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə “Canlı klip şou” rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə “Narkodünya” mahnısı ilə şöhrət qazanıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

Anar Nağılbaz sabiq deputat Rizvan Cəbiyevin oğludur.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button