2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyası fəalını həbsdə saxlayıb

Bakı/06.10.21  Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Zamin (Əlizamin) Salayevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqovun bildirib, iclas zamanı Salayev 17 saylı koloniyada ona olan təzyiqlərdən şikayət edib. O deyib ki, iki dəfə koloniya rəisi tərəfindən işgəncəyə məruz qalıb.

Vəkil həmçinin bildirib ki, Salayev artıq 29-cu gündür ki, fiziki təzyiqə və əsassız cinayət təqibinə etiraz olaraq aclıq edir.

Saytların yığılması Saytlarin yigilmasi

“Salayevin vəziyyəti pisdir, 20 kiloqram çəki itirib, lakin aksiyanı sona qədər davam etdirmək niyyətindədir”, –  vəkil qeyd edib.

Müdafiə tərəfi apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət verəcək.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Zamin Salayev aprelin 20-də Salyan Rayon Məhkəməsi tərəfindən yerli polis zabitinin şikayəti əsasında “böhtan” və “təhqir” ittihamı ilə 2 il, 3 ay müddətinə mühakimə edilib.

İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbət edib, polisi 21 yaşlı yerli sakini onunla birgə yaşamağa sövq etməkdə ittiham edib

Avqustun 6-da məhkəmə cəza müddətinin yarısının çəkməsi ilə əlaqədar onu vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib. Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. —06B-

 

Mənbə:Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button